Amerika IPO bazarı altı ayda rekord 171$ milyard dollar yatırım çəkdi

Reutersın məlumatına görə, IPO (Intial public offering) yüksəlişi, covid-19 pandemiyasından sonra yüksək birja qiymətləndirmələri, aşağı faiz dərəcələri və Federal Rezervin (FRS) pul stimulundan qaynaqlanır. Bu, artıq sadəcə ənənəvi şirkətlərə deyil, həm də IPO-lar yolu ilə pul toplamaq üçün yaradılan SPAC (Special-purpose acquisition company)  şirkətlərə də, fayda gətirən spekulyativ maraq dalğasını başlatdı.

SPAC kimi şirkətlərin ilk kütləvi təkliflərindən əldə edilən gəlirləri nəzərə almasaq belə, hətta Cənubi Koreyanın elektron ticarət nəhəngi "Coupang Inc" kimi böyük  ənənəvi şirkətlər bu il 67$ milyard dollar vəsait artıra bildi.

Deutsche Bankın qlobal kapital bazarının rəhbəri Jeff Bunzelə görə, 500 milyon dollar vaxtilə böyük bir IPO hesab edilirdi, lakin bu gün bu rəqəm milyardlarla əvəz edilib. Beləliklə, əməliyyatların ölçüsündə əsl partlayış baş verdi. Bankirlər və kapital bazarının analitikləri, şirkətlərin üçüncü rübün sonuna qədər SPAC istisna olmaqla ənənəvi şirkətlərin IPO-lara təxminən 50 milyard dollar toplaya biləcəklərinə inanırlar.

Bu tendensiya uyğun 2021-ci ilin ikinci yarısında Çin zirvəsi "Didi Chuxing" Technology, fintech şirkəti Robinhood Markets və elektrikli vasitə istehsalçısı Rivian Automative kimi bir sıra tanınmış startupların IPO bazarına çıxışı zamanı, yeni zirvələrə çatması gözlənilir.

Mənbə: Reuters

Farid Akbarov