Broker xidmətləri

Yerli Kapital bazarı iştirakçısı olmaq, qiymətli kağızları və törəmə maliyyə alətlərini satın almaq və ya satmaqla kapitalınızı özünüz istədiyiniz kimi istiqamətləndirmək istəyirsinizsə, Şirkətin təqdim etdiyi broker xidmətlərindən faydalana bilərsiniz.

Broker xidmətləri lisenziyaları  nəzarət orqanı tərəfindən təmin edilmiş peşəkar mütəxəssislərimiz tərəfindən həyata keçirilir. 

Şirkət tariflər cədvəlinə əsasən hesablanmış komissiya qarşılığında Bakı Fond Birjasının elektron ticarət sistemi vasitəsilə korporativ (səhm, istiqraz) və dövlət qiymətli kağızları, həmçinin törəmə maliyyə alətlərinin alınıb satılması üçün vasitəçilik xidməti təqdim edir.



Broker xidməti üçün vasitəçilik sxemi:



  • Şirkət ilə müştəri arasında "Broker müqaviləsi" bağlanır.

  • Əgər müştərinin depo hesabı varsa hesab üzrə sərəncam təqdim edilir, yoxdursa müştəri üçün Mərkəzi depozitarda depo hesab açılır. Depo hesabı qiymətli kağızların saxlanılması üçün Milli Depozit Mərkəzində açılmış hesabdır, Azərbaycanda buraxılan qiymətli kağızların saxlanılmasını yalnız Milli Depozit Mərkəzi həyata keçirir. Depo hesabdan çıxarış təqdim edilməklə qiymətli kağız sahibliyi təsdiq edilir.

  • Birjada istənilən əməliyyat aparılması üçün müştəri tərəfindən brokerə sifariş (buy/sell) təqdim edilir.

  • Alıcı kimi çıxış edən tərəf sifarişin həcminə uyğun bank hesabından kliring hesabına pul köçürməsini təmin edir.

  • Birjanın ticarət sisteminin sessiyasına uyğun olaraq müştərinin sifarişləri seqment üzrə platformaya yerləşdirilir.

  • Birjanın ticarət sistemində baş tutmuş əməliyyatlar (Əqd) üzrə müştəriyə hesabat təqdim edilir.

  • Şirkətin tariflər cədvəlinə uyğun olaraq hesablanmış, hesabatda qeyd edilmiş komissiyalar müştəri tərəfindən nağdsız formada ödənilir.

1.