SPRED NƏDİR

Foreks bazarında yatırım edən investor ticarət etdiyi valyuta cütünü bir qiymətdən alıb həmin qiymətə satmır çünki bunun heç bir əhəmiyyəti yoxdur. Belə demək olar ki, Spred bir valyutanın alış qiyməti ilə satış qiyməti arasındakı fərqi ifadə edir. Hər bir valyuta cütü üçün bazarda alış və satış qiyməti vardır. Foreks əməliyyatlarında komissiya haqqı yoxdur. Sadəcə Spred adlanan əməliyyat xərci tutulur. İnvestorun ticarət edərkən ödədiyi alış və satış qiyməti arasındakı fərq olan əməliyyat xərcinə "Spred" deyilir.