HESABLAŞMALAR VƏ ÖDƏNİŞ QAYDALARI

 

1. Müqavilənin 1.5-ci bəndinə əsasən Müştərinin İnvestisiya şirkətinə ödədiyi komissiyalar aşağıdakılardan ibarətdir:

Xidmətlərin növləri

Xidmət haqqı

1.Dövlət İstiqrazları

Hərrac

Bir aylıq

Əqdin məbləğinin 0.05 %-i

Üç aylıq


Altı aylıq


Bir ildən yuxarı


Təkrar bazar


2.Mərkəzi Bankın qısamüddətli notları

Hərrac

Əqdin məbləğinin 0.05 %-i

Təkrar bazar


3.İpoteka istiqrazları

İlkin yerləşdirmə(Tədavül müddətindən asılı olmayaraq)

Əqdin məbləğinin 0.05 %-i

Təkrar bazar


4.Səhmlər

İlkin yerləşdirmə

Əqdin məbləğinin 0.05 %-i

Təkrar bazar


5.Korporotiv istiqrazlar

İlkin yerləşdirmə(Tədavül müddətindən asılı olmayaraq)

Əqdin məbləğinin 0.05 %-i

Təkrar bazar

Əqdin məbləğinin 0.06 %-i

6.REPO

AMB notları  ilə REPO/əks REPO

Hər bir gün üçün əqdin məbləğinin 0.0012 %-i

Digər qiymətli kağızlar ilə REPO/əks REPO əməliyyatları aparılması

Hər bir gün üçün əqdin məbləğinin 0.0015 %-i

Dövlət İstiqrazları ilə REPO/əks REPO

Hər bir gün üçün əqdin məbləğinin 0.0012 %-i

7.Digər xidmətlər

Depo hesabından çıxarışın alınması

Bir növ QK üzrə 10 manat tam hesab üzrə 30 manat

Depo hesabının açılması

10 manat

Konsultasiya xidmətləri(aylıq)

100 manat

Digər təşkilatlara təqdim edilən sənədlərin tərtib edilməsi(illik)

500 manat

Əlavə informasiya təminatı (aylıq)

50 manat

Valyuta mübadiləsi

Əqdin məbləğinin 0.5 %-i


2.  Komission haqqına əqdlə bağlı BFB və MDM komission haqqları daxil deyil. Komission haqqın minimum məbləği birjadan olan əməliyyatlar üzrə 10 manat,birjadankənar əməliyyatlar üçün isə 20 manat  müəyyən edilir.  Əqdin məbləği AZN 100 000.00 manatdan yuxarı olduqda göstərilən xidmətlərə görə ödəniləcək komission haqqı tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilə bilər.

3.  Müştəri İnvestisiya şirkətinə vasitəçilik xidmətlərinə görə komissiyanı Azərbaycan manatında (AZN) ödəyir. Xarici valyutada həyata keçirilən əqdlər üzrə komissiyanı haqqı həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş məzənnəyə uyğun olaraq AZN ekvivalentində ödənilməlidir. 

4.İnvestisiya şirkətinin Sifarişlərin icrasından sonra aparılmış əməliyyatlar haqqında Müştəriyə göndərdiyi hesabatların əsasında İnvestisiya şirkətinin komissiyasını və digər xidmətlərlə bağlı  xərcləri hesabatların təqdim olunduğu təqvim ayının son iş günündə kimi ödəyir. Hesabatın təqdim olunması təqvim ayının son iki iş gününə düşdükdə, hesabatda əks olunan əqdlə bağlı komissiyanı və vasitəçilik xidmətini həyata keçirərkən çəkilən xərclər növbəti təqvim ayının son iş günündə kimi ödənilir.

5. Qiymət cədvəlində qeyd olunmuş tariflərə əlavə dəyər vergisi daxil edilməmişdir. Qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar əlavə dəyər vergisindən azaddır