Portfelin idarə olunması
Dünya maliyyə bazarları hər gün investorlara fərqli gəlir imkanları təqdim edir. Səhmlər, valyuatalar, əmtəə məhsullar və fərqli aktivləri portfelinizə əlavə etməklə, gələcək üçün yatırım edə bilərsiniz. “MFX Trading İnvestisiya Şirkəti” ASC müştərilərinə professional idarə servisi təklif edir.
Portfelin yaradılması zamanı, dünya iqtisadiyyatında baş verən dəyişikliləri nəzərə alaraq, hər bir konkret vəziyyətə uyğun, qlobal iqtisadi tendensiyanı üzə çıxarır və nəticələrindən asılı olaraq qərarlar veririk.
Müştərilərin gəlir gözləntilərinə uyğun olaraq, fərqli risk/gəlir münasibətli strategiyalar qurmaqla, individual portfellərin yaradılmasına və gözlənilən gəlirliyin olmasına çalışırıq.
Fərqli portfellər aşağıdakı kimi ola bilər:
Səhm və indekslərdən ibarət portfel
Ticarət olunan fond indekslərindən ibarət (ETF) portfel
Yüksək riskli derivativlər və səhmlərdən ibarət portfel
Valyuta və derivativlərdən ibarət portfel
Hedcinq əməliyyatlarını həyata keçirmək üçüm yığılan portfel
Qarışıq və diversfikasiya olunan portfellər
Portfelin tərtib edilməsi və idarəsi zamanı həm klassik strategiyalardan, həm də effektiv (çox riskli) və ya müştərilərin inidividual gözləntiləri əsasında yaranan strategiyalardan istifadə olunur. Bundan əlavə, idarəetmə zamanı istifadə olunan və ya olunacaq strategiyalar müştərilərlə müzakirə olunur, alına biləcək risklər tam şəkildə dəqiqləşdirilir.