Treydinq Baku
Maliyyə ticarəti hər hansı digər ticarət formalarından fərqlənmir. Bildiyiniz kimi mənfəət əldə etmək üçün aktivlərin alqı-satqısı prosesi baş verməlidir. Maliyyə ticarəti (qiymətli kağızların ticarəti) maliyyə aktivlərinin alqı-satqısıdır. İki üsul ilə həyata keçirilir: Birjadan və ya Birjadan kənar üsulla.Birja müəyyən bir alət növü ilə ticarət edə biləcəyiniz yüksək səviyyədə təşkil olunmuş bir bazar yeridir. Məsələn, ABŞ səhmlərini, Avropa və Türkiyyə birjasının səhmlərini MFX Trading üzərindən vasitəçi broker kimi ticarət edə bilərsiniz. MFX Trading həm də Bakı fond birjasının üzvüdür Bakı. Fond Birjasında ticarət olunan bütün maliyyə alətlərinə (bütün səhmlərə, istiqralara və.s.) investorların çıxışını təmin edir. Həmiçinin investorlara bütün valyuta cütlükləri ilə ticarət etmək üçün marja ticarəti xidmətini təklif edirik.
Bəs treyder nədir?
Azərbaycanda Səlahiyyətli treyder dedikdə Bakı Fond Birjası tərəfindən sertifikatlaşdırılmış Birjada İnvestisiya Şirkəti adından çıxış etmək səlahiyyətinə malik olan şəxs nəzərdə tutulur.
Beynalxalq bazarda treyder mənfəət əldə etmək məqsədi ilə maliyyə alətlərini alan və satan bir şəxs kimi başa düşülür. Bəzi treyderlər müəyyən bir alət və ya aktiv sinifinə sadiq qalırlar, digərləri isə daha müxtəlif portfellərə sahibdirlər. Bəziləri ticarət etməzdən əvvəl çox araşdırma aparır, bəziləri qrafikləri oxuyur və trendlərə diqqət yetirir. Ancaq ticarətin hamısının bir ortaq cəhəti var - hamısı risk daşıyır. Risk hər növ maliyyə ticarəti üçün əsas anlayışdır. Hansı alət alınıb-satılmasından asılı olmayaraq, kimin ticarəti apardığı və ya ticarətin harada baş verdiyi, potensial qazancın risklə balanslaşdırılması uğurlu ticarət strategiyasının açarıdır.