ANDERRAYTİNQ XİDMƏTİ

Anderraytinq- emitentin hesabına və ya emitentin adına tapşırığa əsasən, qiymətli kağızların (qeydiyyatı və satışı) fəaliyyətidir.

“MFX-Trading İnvestisiya Şirkəti” ASC “Anderrayter” kimi çıxış edərək anderraytinq müqaviləsi əsasında ilkin bazarda emitentin qiymətli kağızlarını emissiya edir, əqdlər bağlayır, həmçinin emitentin qiymətli kağızlar buraxılışı prosesində iştirak edir və Mərkəzi Bankda buraxılışın qeydiyyatı prosesini müşahidə edir. Qiymətli kağızların buraxılışı və tam yerləşdirilməsini başa çatdırır.

Anderraytinq sxemi aşağıdakı kimidir.

  • Emissiya Prospektinin hazırlanması

  • Qiymətli kağızların buraxılışı üçün qərarın hazırlanması

  • Mərkəzi Banka sənədlərin hazırlanıb təqdim edilməsi və qiymətli kağızların dövlət qeydiyyatına alınması

  • MDM-ə müraciət, lazımi sənədlərin hazırlanması və MDM-ə təqdim edilməsi

  • Listinqə qəbul edilməsi üçün lazımi sənədlərin hazırlanması və müraciət edilməsi

  • Emitent Hesabatında təqdim edilmiş məlumatlara dair bəyanat

  • Emissiyanın yekunları haqqında hesabat

  • İlkin bazarda yeni buraxılmış qiymətli kağızların satışı üzrə potensial alıcılara təklif edilməsi və istiqrazların yerləşdirilməsi üçün emitentə bütün lazımi köməkliklərin göstərilməsi.