HAQQIMIZDA

Azərbaycanın maliyyə -kredit bazarında 1992-ci ildən fəaliyyət göstərən Muğanbank  bugün  ölkə üzrə geniş filial şəbəkəsi vasitəsilə fiziki və hüquqi şəxslərə  bank xidmətlərinin tam spektrini təklif edən aparıcı özəl banklardan biridir. 

2009-cu ildə bankın rəhbərliyi tərəfindən, həmin dövrdə yerli valyuta-mübadilə bazarının yaranan yeni tələbatlarını ödəyə bilən və  yeni yaradılmış «MuganBank Trading Station» proqram  təminatı vasitəsilə  potensial iştirakçılarının  birjadankənar beynəlxalq  bazara- FOREX-ə çıxmalarına imkan verəcək yeni bir bank məhsulunun yaradılması qərara alındı. Bankın müştəriləri müvafiq əməliyyatları legitim əsasda, Azərbaycan Respublikasının qanunvericiliyinə best rolex replica watches tam uyğun şəkildə, bankla müqavilə əsasında həyata keçirmək imkanı əldə etdilər. 

Muğanbank həm texniki yeniliklər tətbiq etməklə, həm də www.forex.muganbank.az saytındakı müvafiq xidmətlər vasitəsilə müştərilərə göstərilən informasiya-analitik dəstəyi təkmilləşdirməklə hazırkı məhsulun  mükəmməlləşdirilməsi üzərində daim işləyir.