Treyderlər avronun enməsinə hazırlaşırlar?
Əmtəə Fyuçersləri Ticarət Komissiyası (CFTC) tərəfindən təqdim olunan COT (Treyderlərin Öhdəlikləri) hesabatlarına görə - ötən çərşənbə axşamı başa çatan həftə üçün böyük spekulyantlar EUR / USD ticarət alətində olan alış mövqelərini 5,1 min azaldaraq cəmi 106,7 minə endirdilər. Böyük spekulyativ oyunçular xalis alış mövqelərini 8 həftə artırdıqdan sonra bu çür azalmaya getdilər. Xalis mövqe 2 martdan bəri maksimum səviyyələrdən enməyə başladı. Hedc ticarətçiləri də EUR / USD cütlüyünün xalis satış səviyyəsini 3.6 min lot azaldaraq 182.7 min səviyyəsinə qədər endirdilər ki, bu prosess də məhz 2 martdan bəri müşahidə olunmağa başlanmışdır. Açıq faizlər 11,5 minə, müqavilələr 778,1 minə düşdü.
Böyük spekulyantların büğa indeksi (alış müqavilələrinin sayının satış müqavilələrinin sayına nisbəti) həftə ərzində 0,04 azalaraq 1,83-ə düşdü.
Xülasə: EUR / USD cütlüyü üçün COT hesabatlarının məlumatları, Avropa valyutası üçün düşmə əhval ruhiyyəsinin artdığını əks etdirir. İki aylıq yığımdan sonra treyderlər avrodakı bahalaşmada əhəmiyyətli bir xalis mövqeyi kəsməyə başladılar. Eyni zamanda, xalis mövqe son üç ayda ən yüksək səviyyələrdən enməyə başladı. Bu tendensiyanın davam etməsi EUR / USD məzənnəsinin azalmasına səbəb ola bilər
Mənbə: IndexaCo
Farid Akbarov