Məzənnə

Valyuta məzənnələri

Valyuta cütlüyünün məzənnəsi – alıcı ilə satıcının bu cütlüyün alqı-satqısı üzrə razılığa gəldikləri qiymətdir. Forex bazarında valyuta məzənnəsi bir valyuta vahidinin dəyərinin digər valyuta vahidinin dəyərində ifadə edilməsidir.

Məsələn, fərz edək ki, EUR/USD valyuta cütlüyünün hal hazırkı məzənnəsi 1.25 kimidir. Bu o deməkdir ki, 1 avronun qiyməti 1.25 dollardır. Burada EUR (alınan və ya satılan valyuta) baza valyutası, USD isə ölçü valyutası hesab edilir.

Ümumiyyətlə,USD  (ABŞ dolları) ehtiyat valyutası olduğundan digər valyutaların məzənnə həddlərinin formalaşmasında rol oynayır.

Valyuta cütlüklərinin məzənnələri iki qiymətlə ifadə edilir.Məsələn, EUR/USD-nin məzənnəsi 1.4207-1.4208 təşkil edir.  Birinci qiymət baza valyutasının satış (Bid), müvaviq olaraq ikinci qiymət alış (ask) qiymətini göstərir. MFX-Trading bir çoxlarından fərqli olaraq tamdan sonra beş rəqəmlə ifadə olunan məzənnə qiymətləri təqdim edir.

Baza və ölçü valyutalarının qiymətləri, yəni Ask və Bid arasındakı fərq spred adlanır. Spredlər valyuta cütlüklərindən, əməliyyatın həcmindən və bazarın mövcud durumundan asılı olaraq fərqlənə bilərlər. 

Müştəriləri daha çox cəlb etmək məqsədilə MFX-Trading  öz müştərilərinə əksər forex brokerlərdən fərqli olaraq daha düşük və rəqabətə davamlı spredlər təqdim edir.

Aşağıdakı cədvəldə ayrı-ayrı valyuta cütlükləri üzrə standart spred hədləri verilir. Nəzərə almaq lazımdır ki, bu spredlər baza xarakteri daşıyır və dünya bazarında yaranan müvəqqəti dalğalanmalardan, fövqaladə hallardan asılı olaraq qısa zaman üçün dəyişə bilər.Bu cür hallarda əməliyyat üçün təqdim olunan spredlər həmin an üçün dünya bazarında formalaşmış qiymətlərə əsaslanır. Cədvəldə həmçinin valyuta cütlüklərinin qiymət həddinin hər bir bəndinin dəyəri, kredit çiyninin əmsalı və açılan ticarət mövqeyinə hesablanan girov məbləği göstərilir. Bütün hesablamalar 1 lot hesabı ilə aparılr.


*Bəzi valyuta cütlükləri üzrə bir bəndin dəyəri mövcud məzənnədən asılı olaraq dəyişir. Məsələn USDJPY cütlüyünün məzənnəsi artdıqca bir bəndin dəyəri azalır.