CFD

Fond indekslərinin fərq kontaktları (CFD)
 

CFD ("ContractsForDifference") və ya fərq kontraktları aılcı ilə satıcı arasında müxtəlif maliyyə alətlərinin açılış və bağlanış qiymətlərinin fərqi üzrə razılaşmadır. CFD qiymətli metal, səhm, vədəli əmtəə və indekslərin alqı-satqısı üçün çox uyğun və səmərəli bir mexanizmdir. 

 



CFD ticarəti ilə birja ticarətinin fərqi

CFD ticarəti zamanı kontrakt bağlanan maliyyə alətinin real təchizatı baş vermir. Məsələn, Dow Jones səhmlərinin birjada real alışı əvəzinə Siz bu səhmlər üzrə fərq kontraktını (CFD) alırsınız.

CFD ticarətinin üstünlüyü ondadır ki, treyder həm alqı-satqı əməliyyatlarından gələn mənfəəti əldə edə bilər, həm də satmaq istəmədiyi, lakin ziyana gedən real səhmlərini və investisiya yatırımlarını hedg edə bilir. Yəni investor malik olduğu səhmləri onların ziyana getməsinə baxmayaraq, satmır və qoruyub saxlaya billir.

 


CFD ticarətinin üstünlükləri

  • Aşağı marja tələbləri. Siz kontraktın bütün məbləğindən az depozit məbləği ilə ticarət həyata keçirə bilərsiniz. Bu Sizə nəzərdə tutduğunuz investisiya portfelini az vəsaitlə yaratma imkanı verir. 

  • Bir hesabdan eyni zamanda həm forex, həm də CFD ticarəti həyata keçirmək imkanı.

  • CFD uzun mövqelərlə yanaşı qısa mövqelər də açmağa imkan verir ki, bu da əvvəllər yalnız peşəkar treyderlər üçün mümkün idi.

  • Hedcinq imkanları. Siz qiyməti düşən səhmlərinizi satmayaraq saxlamaq istəyirsinizsə bu halda həcmcə az depozitlə CFD ticarəti həyata keçirib qısa mövqelər açır və real səhmlərdə itirdiyiniz vəsaiti burada qazanaraq itkilərinizi minimuma endirirsiniz.
  • Əməliyyatların dərhal icrası. Sizin əməliyyatlar heç bir gözləmə olmadan Instant Execution rejimində həyata keçirilir. 

 

CFD ticarətinizi  "MFX-Trading" İnvestisiya Şirkətilə həyata keçirin

Çünki:

  • Biz əməkdaşlıqda daha etibarlı və daha təhlükəsiz tərəfdaşıq.

  • Biz ən  keyfiyyətli forex xidməti təqdim edirik
  • Biz aşağı komissiyalarla işləyirik
  • Biz  Sizin tapşırıqları Instant Execution rejimində və requot olmadan icra edirik
  • Biz valyuta, qiymətli metallar və CFD ticarətini bir platformada təqdim edirik
  • Biz treyderlərimizə ən aşağı məzənnələri təklif edirik. 

 

CFD ticarətinin şərtləri 

Bir ticarət mövqeyinin maksimal həddi 50 lotdan yuxarı olmamalıdır.