Platforma


Yüklə (Windows)

  

MetaTrader 5 platforması əsasında qurulan MFX Trading Station terminalı forex bazarında valyutalarla, CFD və qiymətli metallarla real vaxt rejimində ticarət əməliyyatları hayata keçirmək və bazarın təhlilini aparmaq üçün nəzərdə tutulur.

Müştərilərin  təqdim olunan ticarət platformasına çıxışının maneəsiz təmin edilməsi üçün  aşağıdakı texniki parametrlər tələb olunur:

-Оperativ yaddaş üçün minimal tələb 8 GB, tövsiyə olunan tələb isə ən azı 16 GB təşkil edir.

-Əməliyyat sistemi -- Windows Server 2016 Standard x64.




İşinin xüsusiyyətilə əlaqədar tez-tez yerini dəyişən daha hərəkətli treydrerlər olduqları yerdən asılı olmayaraq forex bazarında baş verənlərdən xəbərdar olmaq və hətta lazım gəldikdə ticarət əməliyyatları həyata keçirmək istəyirlər. Bu məqsədlə MFX Mobile Trader mobil telefon platforması müştərilərin istifadəsinə verilir. İstənilən proqram dəstəkli mobil telefon (smartfon) vasitəsilə MFX Mobile Tradermobil telefon platforması yüklənə və istifadə edilə bilər.

Ticarət platformamızın mobil variantı Sizə öz hesabınızla dünyanın internet çıxışı olan istənilən nöqtəsində ticarət əməliyyatları hayata keçirmək imkanı verir. Burada Siz həmçinin bütün növ texniki təhlillər apara bilərsiniz. Aparılan əməliyyatlar tam məxfi saxlanılır və tamamilə təhlükəsizdir. Ehtiyac yarandıqda bütün əməliyyatların hesabatı təmin edilir.

MetaTrader 5 və 4 arasındakı fərqlər

1. Hesablar arası Pul köçürmələri

Hesablar arası pul köçürmələri MT5-i MT4-dən fərqləndirən ən vacib xüsusiyyətlərdən biridir. Bu funksiyanın köməyi ilə investorlar bir hesabdakı məbləği həmin investora aid digər hesaba asanlıqla köçürə bilər. Bu isə öz növbəsində investorlara öz hesablarını risksiz idarə etmək imkanı verir.

2. İstifadə olunan Alətlər və Analiz imkanı

MT 5-i MT 4-dən fərqləndirən ən əsas üstünlüklərdən biri zaman çərçivələridir. MT4-də 9 vaxt çərçivəsi, MT5-də isə 11 növ dəqiqəlik qrafik, 7 növ saatlıq qrafik və gündəlik, həftəlik və illik vaxt çərçivələrini əhatə edən 21 vaxt çərçivəsi vardır ki, bu da bazarın daha dərin təhlilinə imkan verir.

3. İndikatorlar

Bir çox investorların istifadə etdiyi İndiqatorların geniş imkanı MT4 ilə müqayisədə MT5 -də təklif olunur. 

MT4MT5
30 İndikator sayı38 İndikator sayı
24 Analitik obyekt44 Analitik obyekt
128 ədəd ticarət qrafiki limiti varLimitsiz sayda ticarət qrafik açmaq mümkündür


4. Atlqoritmik Ticarət

Hər iki platforma özünəməxsus proqramlaşdırma dili ilə təkmilləşdirilib. MT4-də bu proqramlaşdırma dili MQL4 olaraq, MT5-də isə MQL5 olaraq adlandırılır.

MQL4 skriptlərin yaradılması, indikatorların və s., yaradılması baxımından bir çox yeni başlayanlar üçün sadə ola bilər. Əksinə MQL5-də "Obyekt Yönümlü Proqramlaşdırma" dilindən istifadə olunur. Bu, MQL4 ilə müqayisədə biraz mürəkkəb olsa da, peşəkar Alqoritmik ticarətlə məşğul olan investorlara daha dəqiq hesablamalar və əmrlər vermək imkanı yaradır.

Bundan əlavə olaraq MQL5-ün MQL4 ilə müqayisədə daha iki əsas üstünlüyü vardır. Birincisi müxtəlif valyuta cütlüklərinin proqramlaşdırma dilinin strategiyasının testi, ikincisi isə bu testin sürəti və optimallaşdırılması. MQL5-in sürəti MQL4-dən yüz dəfələrlə çoxdur.

5. İqtisadi Təqvim

MT5-in digər vacib üstünlüklərindən biri də "İqtisadi Təqvim" funksiyasıdır.

Platformada İqtisadi Təqvimə çıxış, investorlara mühüm iqtisadi hadisələri izləmək imkanı verir. MT4 platformasının istifadəçiləri İqtisadi təqvimdən istifadə etmək üçün adətən müxtəlif internet mənbələrinə müraciət edirlər (Məs: Forex Factory təqvimi). Lakin MT5 platforması İqtisadi Təqvimə birbaşa platformanın üzərindən çıxış verir. Bu isə öz növbəsində İnvestorlara digər mənbələrə müraciət etməsinin qarşısını almaqla bərabər bir mənbə üzərindən analiz etmək imkanı yaradır.

6. Bazarların sayı

MT5-in əsas yaranma səbəblərindən biri MT4-də olmayan yeni bazarlara çıxış imkanı yaratmaqdır. Buraya həm də əsas fond bazarları da daxildir.

MT4 mərkəzləşdirilməmiş, açıq və yüksək likvidli qlobal Forex bazarı üçün uyğun olsa da, MT5 daha çox bazarlara giriş imkanı və təcrübəli investorlara fond bazarlarında yeni yaranmış səhmləri, məsələn., "Apple" və "Amazon" kimi şirkətlərin real səhmləri ilə ticarət etmək üçün münbit şərait yaradır.