MÜSABİQƏNİN ŞƏRTLƏRİ
- Müsabiqədə iştirak etmək üçün bankın forex.muganbank.az saytında qeydiyyatdan keçmək lazımdır.
- Hər bir iştirakçı Stop out 100% olmaqla 3 000 USD məbləğində vertual depozitlə təmin edilir.
- Bir iştirakçı müsabiqənin gedişi ərzində yalnız bir hesabla işləyə bilər.
- İki və daha çox hesablarda eyni İP ünvanından istifadə olunduğu hal aşkar edildikdə bank bu hesabların vaxtından əvvəl ləğv edilməsi və iştirakçıların müsabiqədən kənarlaşdırılması hüququnu özündə saxlayır.
- Müsabiqə başa çatdıqdan sonra balans qalığı ən çox olan ilk üç iştirakçı müsabiqənin qalibi elan olunur.
- Qaliblərin mükafatlandırılması müsabiqənin nəticələrinin bankın saytında elan olunmasından sonra həyata keçirilir.
- Müsabiqənin qaliblərinə aşağıkakı mükafat məbləğlərində real ticarət hesabı açılır:
- Birinci yer – 500 USD. Bu halda hesabdan vəsaitin çıxarılması bonus əlavə edilmiş hesabın fəaliyyəti dövründə ən azı 5 lot ticarət əməliyyatları həyata keçirildikdən sonra mümkün hesab olunur.
- İkinci yer – 400 USD. Bu halda hesabdan vəsaitin çıxarılması bonus əlavə edilmiş hesabın fəaliyyəti dövründə ən azı 4 lot ticarət əməliyyatları həyata keçirildikdən sonra mümkün hesab olunur.
- Üçüncü yer – 300 USD. Bu halda hesabdan vəsaitin çıxarılması bonus əlavə edilmiş hesabın fəaliyyəti dövründə ən azı 3 lot ticarət əməliyyatları həyata keçirildikdən sonra mümkün hesab olunur.
- Mükafatlandırılmaq üçün qalib iştirakçı real hesab açmalı (əgər buna qədər real forex hesabı yoxdursa) adı, soyadı, müsabiqə hesabının nömrəsini və yeni açılmış hesabın nömrəsini banka email vasitəsilə göndərməlidir. Yalnız müsabiqə üçün qeydiyyat zamanı istifadə olunan elektron poçtadan gələn bu cür məktublar qəbul olunur. Bonus məbləğinin hesaba daxil edilməsi üçün müraciət müsabiqə başa çatdıqdan bir həftə sonrakı dövrdən gec olmayaraq həyata keçirilməlidir. Əks halda müraciətlər qəbul edilmir.